Kateqoriyasız

Mais Mənsimov izlədi, “Xəzər Lənkəran” məşq etdi

Premyer Liqanın VIII turunda “Bakı” klubunu “Fırtınalar meydanı”nda qəbul edcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Komanda dünən saat 17:00-da stadionun əsas meydançasında məşqə çıxıb.

İsinmə hərəkətləri və bəzi taktiki tapşırıqların həyata keçirilməsi ilə davamlı olan hazırlıq prossesinin əsas hissəsi qapılara müxtəlif məsafələrdən endirilən zərbələr üzərində çalışmalardan ibarət olub.

Yüksək əhval ruhiyyədə keçən məşq bitdikdən sonra bir sıra futbolçular öz istəklərinə uyğun olaraq meydançada qalıb,fərdi qaydada  cərimə zərbələri üzərində çalışıblar.  Klub prezidenti Mais Mənsimov məşqi izləyib.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43