İdman

Makedoniya seçməsi millimizlə oyun üçün heyətini açıqlayıb

Makedoniya milli komandasının Finlandiya və Azərbaycan milliləri ilə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

İdmanxeber.com-un Makedoniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi İqor Angelovski qarşıdakı oyunlara 19 futbolçu dəvət edib.

Qapıçılar: Stole Dimitriyevski (“Ximnastik”, İspaniya), Deyan İliyev (“Arsenal”, İngiltərə)

Müdafiəçilər: Stefan Ristovski (“Sportinq”, Portuqaliya), Qyoko Zaykov (“Şarlerua”, Belçika), Kristian Toşevski, Darko Belkovski (hər ikisi “Vardar”), Kire Ristevski (“Vaşaş”, Macarıstan), Visar Musluy (“Şkendiya”)

Yarımmüdafiəçilər: Arian Ademi (“Dinamo” Zaqreb, Xorvatiya), Enis Bardi (“Levante”, İspaniya), Stefan Spirovski (“Ferentsvaroş”, Macarıstan), Boban Nikolov (“Videoton”, Macarıstan), Ezcan Alioski (“Lids”, İngiltərə), Maryan Radeski, Ferhan Hasani (hər ikisi “Şkendiya”)

Hücumçular: Qoran Pandev (“Cenoa”, İtaliya), İliya Nestorovski, Aleksandr Traykovski (hər ikisi “Palermo”, İtaliya), İvan Triçkovski (AEK, Kipr)

Qeyd edək ki, Finlandiya ilə oyun martın 23-də, Azərbaycanla matç isə martın 27-də təşkil olunacaq. Hər iki qarşılaşma Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43