Ölkə futbolu

Makedoniyalının gedəcəyi dəqiqləşdi, “Neftçi” braziliyalı futbolçu ilə danışıqlara başladı

Yayda "Neftçi"ylə müqaviləsi bitəcək Flavinyonun komandada qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, paytaxt klubu braziliyalı futbolçu ilə danışıqlara başlayıb. 

"Neftçi"nin son illərdə etdiyi ən uğurlu transferlərdən biri olan braziliyalı oyunçu hazırda qazandığı məbləğdən artığını klubdan istəyir. Onu da qeyd edək ki, danışıqların müsbət yekunlaşması gözlənilir.

Qeyd edək ki, İqor Mitreski və Bahodir Nasimov ilə yayda yolların ayrılacağı artıq dəqiqləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43