28 Noyabr 2021
Kateqoriyasız

Maksim medvedev: “Gün gələcək, “Qarabağ” doğma yurduna köçəcək”

“Qarabağ”ın kaptanı Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya” ilə görüşdən (3:0) sonra hərbi salam vermələri barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu “Reuters”ə açıqlamasında tezliklə komandanın doğma meydanda məskunlaşacağına inandığını söyləyib:

“Biz yalnız belə bir çətin dönəmdə Azərbaycan xalqına, torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgərlərimizə dəstək olmaq istədik. İnşallah, gün gələcək, “Qarabağ” rəsmi olaraq doğma yurduna köçəcək. Oradakı oyunlara nə qədər insanın gəldiyinə və necə həvəsli olduqlarına inanmazsınız. İnsanlar hasarların üstünə çıxıb  və oyuna oradan baxırdılar. “Qarabağ”ın azarkeş bazası ümummilli xarakter daşıyır. Çempionlar Liqasında qrupa düşən ilk yerli klubdu. Komanda Azərbaycanın çoxdan azad etmək istədiyi bölgəni təmsil edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

admin

“Partizani” – “Qarabağ”: Ehtimal heyətlər

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin