Milli komanda

Maksim Medvedev: “Sabah azarkeşlərin sayının çox olmasını istəyirik”

Millətlər Liqasının qrup mərhələsinin IV turunda sabah Azərbaycan Malta komandasını qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında millimizin futbolçusu Maksim Medvedev oyun barəsində fikirlərini bölüşüb:

“Çətin səfər oyunundan vacib qələbə qazanaraq dönmüşük. Komandada yaxşı ab-hava var. Sabah 3 xal üçün meydanda olacayıq. Təbii ki, sabah azarkeşlərin sayının çox olmasını istəyirik. Son qələbədən sonra onları stadionda görmək bizim üçün sevindirici olar”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43