Müsahibə

Maksim Medvedev: “Təmizinə danışaq da…” (MÜSAHİBƏ)

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “İnter”lə matçdan sonra İdmanxeber.com-a müsahibə verib:

 

– Oyunla bağlı nə düşünürsən?
– “Qarabağ” üçün gərgin oyun oldu. “İnter” ikinci pillədəydi, bizim üçün vacib rəqibdi. Çox oyunçumuz millidən qayıdıb. Hiss olunurdu ki, canllıq yoxdu. Çoxu düşünürdü ki, heç-heçə daha yaxşı olardı. Əsas odu uduzmadıq. Heç-heç də yaxşı nəticə oldu bizim üçün. Düzdü, meydana qələbə üçün çıxmışdıq. Amma təəssüf ki qələbə olmadı. Yaxşı ki, uduzmadıq. Qeyd edim ki öz meydanımızda oynamırdıq. Bura “Neftçi”nin stadionudu. Bir az tanış deyildik stadionla. TOiq Bəhramovda başqa cür oynayırıq. Ot örtüyü çox pis idi. İstədiyimiz kimi rəftar edə bilmirdik. Millinin toplanışından sonra da bir yerdə çox ola bilmədik. Hardasa oyunumuz itmişdi. İnşallah gələn oyun daha yaxşı olacaq. 

– Meydana məğlub olmamağa çıxmışdız?
– Təmizinə danışaq da, çox oyunçumuz millidəkilər idi. Malta ilə matçda da çoxumuz oynadı. Ona görə “İnter”lə matçdakı nəticəni hazırkı vəziyyətdə normal saymaq olar. 

– Mövsüm sonuna kimi “Bakcell Arena”da oynayacaqsız. Bu problem yaradar sizdə?
– Gərək zaman-zaman gəlib burada məşq edək. Hiss edk meydanı. Tofiq Bəhramov açıqdı, orada başqa cür oynayırıq. Bura isə kompaktdı. Azarkeşlərin də hər sözünü eşidirsən. Arxada top saxlayırıq, deyirlər gedin qabağa. İstər-istəməz təsir edir oyunumuza. Rahat ola bilmirsən. 

– Hər halda Reynaldonun olmaması da irəli ucda özünü göstərdi…
– Düzdü, Reynaldo elə oyunçudu ki, oyunu öz üzərinə götürür, topla hərəkət edir. “İnter”lə matçda irəli ucda anlaşma yüksək səviyyədə deyildi. İnşallah gələn turdan Reynaldo bizimlə olacaq. Komandaya daha çox kömək edə biləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43