Ölkə futbolu

Maksim Mevedev: “Əsas odur ki, növbəti matçlarda xal itirməyək”

Maksim Medvedev Kosovo oyunu barəsində danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Maksim Medvedev UEFA  Millətlər Liqasının ilk turunda evdə Kosovo ilə heç-heçə etdiyimizi oyundan (0:0) sonra jurnalistlərə açıqlama verib:.

“Düşünürəm ki, oyunumuz pis alınmadı. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı təsir bağışlayaq.  Amma  heç-heçə də pis nəticə deyil.  Əsas odur ki, növbəti matçlarda xal itirməyək”.

“İlk oyun olduğu üçün rəqiblə bir-birimizdən çəkinirdik. Çünki səhv etmək istəmirdik. Onlar hər zaman rəqibin səhvindən yararlanaraq qollar vurublar. Kosovo üçün  heç-heçə yaxşı nəticədir. 3 gündən sonra bizi Malta ilə çətin səfər gözləyir. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Bizi ağır oyun gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43