Ölkə futbolu

Malalamaqla deyil ki… (ATMACA)

Premyer Liqanın VI turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Bakı” matçının baş hakimi Ramil Diniyev verdiyi anlaşılmaz qərarlarla hər iki tərəfi əsəbləşdirdi.

Oyunun “ipi”ni əlində saxlaya bilməyən Diniyev bunun məntiqi nəticəsi kimi “Bakı”nın qapısına şübhəli penalti təyin etdi. Düzdü Nildo həmin epizodda Kamran Ağayev səddini aşa bilmədi, ancaq bu qol olsaydı…

Ümumilikdə mövsümün startından bu yana hakimlər hər turda azı 2-3 kobud səhv edirlər. O səhvlər ki, oyunun nəticəsinə təsir edə biləcək gücdə. 

HİK sədri Xəqani Məmmədovun “bəh-bəh”lə təriflədiyi hakimlər hələ çempionata hazır deyil. İndi cənab Məmmədovu danışdırsaq yenə “malalayacaq”.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43