Dünya futbolu

Maldinidən Messi etirafı

“Milan”ın keçmiş texniki direktoru Paolo Maldini Lionel Messini İtaliya klubuna dəvət etmək istədiyini etiraf edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbol funksioneri özü açıqlama verib:

“Onun “İnter”ə keçə biləcəyini oxuyanda kədərləndim. On gün ərzində “Milan”a transferini təşkil etməyə çalışdım. Sonra başa düşdük ki, bu, qeyri-mümkündür”, – 

2021-ci ildə argentinalı “Barselona”dan ayrılaraq PSJ-yə keçdi. Hazırda “İnter Mayami”də oynayır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43