Ölkə futbolu

Malili hücumçu “Qəbələ”də

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “qırmızı-qara” formasını geyinəcək.

Qeyd edək ki, Kone  “Bastiya”, “Samsunspor”, “Göztəpə” klublarında oynayıb. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43