08 Sentyabr 2024
Kateqoriyasız

Malili hücumçu “Qəbələ”nin düşərgəsini tərk etdi

“Qəbələ” baxışa çağırdığı Uliss Diallonu bəyənməyib.

İdmanxeber.com-un məlumatına görə, afrikalı futbolçu PSV-2 ilə matçın start heyətində meydana çıxıb. Lakin malili forvard ümidləri doğrultmadığından düşərgəni tərk edib.

Qeyd edək ki, Uliss Diallo əvvəl Livanın “Şabab Əl-Sahel”, Macarıstanın “Ferentvaroş” və Portuqaliyanın “Arouka” klublarının şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43