01 Oktyabr 2024
Ölkə futbolu

“Malmö” Bakıda dəstəksiz qalmayacaq

Avropa Liqası liqa mərhələsinin II turunda “Qarabağ” doğma meydanda “Malmö”nu qəbul edəcək.

İdmanxeber.az-a verilən məlumata görə, İsveç klubu Bakıda dəstəksiz qalmayacaq. Təxminən 50-yə yaxın azarkeş “Malmö”nü qələbəyə səsləyəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriçəcək qarşılaşmaya bu günə qədər 18 min bilet satılıb. “Qarabağ” – “Malmö” matçı oktyabrın 3-də, saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43