Dünya futbolu

Maltada cidi itki – Azərbaycana qarşı oynamayacaq

Millətlər Liqasının III turuna yekun vurulub.

Millətlər Liqasının qrup mərhələsinin III turunda Kosovoya səfərdə məğlub olan (3:1) Malta komandasında ciddi itki baş verib. Komandanın kapitanı Maykl Mifsud matçın 70-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən də milli tarixinin ən çox qol vuran futbolçusu Bakıda keçiriləcək oyunu buraxmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Azərbaycan – Malta qarşılaşması oktyabrın 14-ü, saat 20:00-da BOS-da keşiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43