30 Sentyabr 2024
Kateqoriyasız

Maltadan şad xəbər gəldi: “Qarabağ”da üzlər gülür

"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə Maltanın "Valetta" klubunun qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunda bir müdətdir ki, zədəli olan Rəşad Sadıqov da artıq hazır vəziyyətdədi. 

Təcrübəli futbolçu artıq komanda ilə birgə məşq edir.

Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, o, bu gün keçiriləcək ÇL oyununda meydanda olacaq.

Qeyd edək ki, "Valletta" – "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43