Dünya futbolu

Maltanın baş məqşçisi: “Qələbə qazansaq, Bakıda şansımız artacaq”

Millətlər Liqasının III turunda Kosovo Maltanı qəbul edəcək.

UEFA Millətlər Liqasında Kosovonun qonağı olacaq Malta komandasının baş məşqçisi Rey Farucciya oyundan öncə açıqlam verib. Baş məşqçi onalrı qarşıda iki çətin səfər oyununun gözlədiyini bildirib:

“Ardıcıl iki çətin səfər oyununa yollanacayıq. Ancaq istənilən halda hər iki görüşə də qələbə qazanmaq üçün gəlmişik. Kosovo çox güclü rəqibdir. Biz isə daha çox gənc və təcrübəsiz heyətə sahibik. Düşünürəm ki, komandam hər şeyə rəğmən burada yaxşı oyun ortaya qoyacaq. Əgər bu matçda qələbə qazansaq, Bakıdakı oyunda şansımız artacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43