Ölkə futbolu

Maltanın baş məşqçisi: “Qrupun ən güclüsü Kosovodur”

Millətlər Liqasındakı rəqibimiz Maltanın baş məşqçisi ölkə mətbuatına danışıb.

UEFA Millətlər Liqasındakı rəqibimiz Malta millsinin baş məşqçisi Rey Farruciya yerli mətbuata açıqlama verib. O, qarşıdakı Kosovo və Azərbaycanla oynanılacaq oyunlar barəsində danışıb.

“Cozef Zerafa  Azərbaycana qarşı oynaya biləcək, buna görə də 24 oyunçu çağırmışıq. Sarı vərəqə limitində olan futbolçularımız da var.  Hər iki oyun çox çətin olacaq, çünki qrupun favoritləri ilə mübarizə aparacağıq. Kosovonu bu qrupda ən güclü komanda hesab edirəm. Onlara qarşı oynamaq bizim üçün ciddi sınaq olacaq. Azərbaycan da ötən ay bizimlə oyunda göstərdi ki, rəqabətli komandadır. Növbəti oyunlara eyni motivasiya və qətiyyətlə yanaşsaq, əminəm ki, uğur qazana bilərik”.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu saat 20:00-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43