İdman

“Mançester Siti” aparıcı futbolçusu ilə müqaviləni uzatdı

David Silva “Mançester Siti” ilə olan müqaviləsinin müddətini artırıb.

Idmanxeber.com-un məlumatına görəispaniyalı yarımmüdafiəçi 2020-ci ilə kimi “şəhərlilər”in heyətində çıxış edəcək. 31 yaşlı oyunçunun əvvəlki müqaviləsi gələn mövsüm başa çatacaqdı. Bu haqda məlumatı klub yayıb.

Qeyd edək ki, Silva 2010-cu ildə “Valensiya”dan transfer edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43