Dünya futbolu

“Mançester Siti” belçikalını göndərmək istəmir

“Mançester Siti” Kevin De Bruyne ilə müqavilə uzatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” Səudiyyə Ərəbistan klublarının marağına baxmayaraq belçikalı yarımmüdafiəçinin sözləşməsini yeniləməyi düşünür.

De Bruyne bu mövsüm zədəyə görə cəmii 4 oyuna çıxa bilib. Belçikalı pleymeyker bu oyunlarda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43