Dünya futbolu

“Mançester Siti” braziliyalı oyunçuda israrlıdır

“Mançester Siti” Lukas Paketanı heyətinə qatmaqda qərarlıdır.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” yayda braziliyalı yarımmüdafiəçi üçün “Vest Hem”ə yeni təklif verəcək.

Paketa bu mövsüm bütün turnirlərdə 27 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib. 26 yaşlı oyunçu Braziliya millisində isə 42 oyunda meydanda olub və 9 dəfə fərqlənməyi bacarıb.

Transfermarkt portalına görə oyunçunun dəyəri 65 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43