Dünya futbolu

“Mançester Siti” Busketsi almaq istəyir

“Mançester Siti” Buskets sevdasından əl çəkmir.

İdmanxeber.com-un məlumatına görə, “şəhərlilər” yarımmüdafiəçini ötən il də almaq istəyirdilər. Bu dəfə komanda avqustun sonuna qədər 29 yaşlı futbolçunun keçidini həll etmək niyyətindədir.

Xosep Quardiola “Qalatasaray”a yollanan Fernandonu yerindıə məhz ispan xavbeki görür.

Ondan başqa İlkay Gündoğanın zədəyə meylliyi məşqçilər korpusunu narahat edir.

Xatırladaq ki, Busketsin “Barselona”yla müqaviləsi 2021-ci ilə qədərdir. Onun satış opsiyası isə 200 milyon avroya bərabərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43