Dünya futbolu

“Mançester Siti” cərimələndi

İngiltərə Futbol Assosiasiyası (İFA) “Mançester Siti”ni cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, buna “şəhərlilər”in futbolçularının İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Liverpul”a qarşı ev oyununda etdiyi hərəkət səbəb olub. Belə ki, qapılarına penalti təyin edilən Mançester təmsilçisinin üzvlərinin kəskin etirazı assosiasiya tərəfindən 35 min funt-sterlinq dəyərində cəzayla qiymətləndirilib. Bu barədə məlumatı İFA-nın saytı yayıb.

Qeyd edək ki, “Mançester Siti” – “Liverpul” oyunu 1:1 hesablı bərabərliklə nəticələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43