Dünya futbolu

“Mançester Siti” hücumçusunu itirdi

“Mançester Siti”nin heyətində ciddi itki baş verib.

“Şəhərlilər”in braziliyalı hücumçusu Qabriel Jezus sıradan çıxıb. Premyer Liqanın 25-ci turunda “Bornmut”la matçda (2 – 0) zədələnən 19 yaşlı forvardın durumuna aydınlıq gəlib.

Tibbi müayinədən sonra “sanbaçı”nın durumunun ciddi olduğu məlum olub. Belə ki, gənc futbolçu 2-3 ay komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Jezus İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 4 qarşılaşmada 3 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43