Dünya futbolu

“Mançester Siti” ilk transferini reallaşdırdı

"Mançester Siti" "Porto"nun futbolçusu Fernando Recesi heyətinə cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, transfer dəyərinin 25 milyon avro olacağı gözlənilir. Yaxın günlərdə yarımmüdafiəçinin keçidi rəsmən elan ediləcək. Artıq tərəflər keçidlə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Premyer Liqanın son çempionunun mövsümlərarası transfer dönəmində heyətinə qatdığı ilk futbolçudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43