Dünya futbolu

“Mançester Siti” PSJ-nin oyunçusunu istəyir

“Mançester Siti” PSJ-nin yarımmüdafiəçisi Marko Verratti ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Paris təmsilçisindən ayrılmağı düşünür. O, son vaxtlar komandada yaranan söz-söhbətlərdən narahatdır.

Verratti 2012-ci ilin yayından PSJ-də çıxış edir. Onun parislilərlə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

30 yaşlı italiyalı bu mövsüm 35 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43