08 Sentyabr 2024
Dünyadan

“Mançester Siti” türkiyəli futbolçunu transfer etdi

İngiltərənin “Mançester Siti” klubu türkiyəli futbolçu transfer edir.

İdmanxeber.com-un məlumatına görə, “şəhərlilər” “Bursaspor”un futbolçusu Enes Ünalı heyətinə qatır.

18 yaşlı futbolçu yeni mövsümdən Premyer Liqa nəhənginin formasını geyinəcək.

Türiyəli futbolçunun qarşıdakı günlərdə İngiltərəyə gedəcəyi və “Mançester Siti” ilə müqavilə imzalayacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43