Kateqoriyasız

“Mançester Siti” və “Liverpul” yarımfinalda!

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, mərhələnin son oyun günündə 2 matç baş tutub.

İngiltərə təmsilçilərindən “Liverpul” evdə Portuqaliya “Benfika”sını qəbul edib. Oyun 3:3 hesabıyla başa çatıb.

Gecənin digər görüşü Madriddə baş tutacaq. “Atletiko” doğma meydanda İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Görüşdə hesab açılmayıb.

Bu nəticələrdən sonra “Mançester Siti” və “Liverpul” yarımfinala yüksəlib.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

13 aprel

23:00. “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:3
Qollar:
 İ.Konate, 21, R.Firmino, 55, 65 – Q.Ramos, 32, R.Yaremçuk, 73, D.Nunyes, 82
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun – 3:1

23:00. “Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun – 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43