“Mançester Siti” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər”in yarımmüdafiəçisi Ferran Torres zədələnib.Torres İspaniya yığmasının heyətində UEFA Millətlər Liqasının finalında Fransaya qarşı keçirdikləri matçda zədələnib.
Onun bir müddət yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.
Qeyd edək ki, F.Torres bu mövsüm “Mançester Siti”də meydana çıxdığı 4 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.