İdman

“Mançester Siti”də yeni müqavilə

“Mançester Siti”də yeni müqavilə qeydə alınıb. Premyer Liqa təmsilçisi Qabriel Jezusla müqaviləni uzadıb.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Jezusun əvvəlki müqaviləsi 2021-ci ilin iyun ayınadək idi.

2016-cı ildən MS-də çıxış edən Braziliya millisinin üzvü ötən mövsüm Premyer Liqada  29 oyuna 13 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43