Dünya futbolu

“Mançester Siti”dən Qvardiolaya 200 milyon funt

“Mançester Siti” rəhbərliyi komandanın Çempionlar Liqasına erkən vidalaşmasından narazı qalıb.

İdmanxeber.com-un məlumatına görə, bu səbəbdən rəhbərlik heyəti gücləndirmək üçün yayda transferlərə 200 milyon funt-sterlinq xərc ayıracağını bildirib.

Məlumata görə, “şəhərlilər” yayda heyətə 4 müdafiəçi əlavə etmək niyyətindədir. Namizədlər arasında Bonuççi, Qaya və Kimmix var. Bundan başqa, Qvardiola “Bavariya”dan yaxşı tanıdığı Noyeri də transfer etmək niyyətindədir.yayda “Mançester Siti”ni Kompani, Klişi, Sanya, Sabaleta, Ture, Xart və Kabalyero tərk edə bilər.

Eyni zamanda hazırda icarədə olan Nəsri, Boni və Manqalanı da eyni aqibət gözləyir.

Qeyd edə ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Monako” ilə qarşılaşan “Mançester Siti” iki oyunun nəticəsinə görə mərhələni adlaya bilməmişdi.

Xatırladaq ki, cari mövsüm İngiltərə Premyer Liqasında 27 oyun keçirən “şəhərlilər” 56 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Eyni xala malik “Tottenhem” 2-ci, aktivində 66 xalı olan “Çelsi” isə ilk pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43