Dünya futbolu

“Mançester Siti”nin futbolçusu birinci sırada

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü il üçün pleymeykerlərin reytinqini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, reytinqdə birinci yeri “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne tutub. O, bu mükafatı üçüncü dəfə (əvvəllər 2020 və 2021-ci illərdə) qazanıb.

İkinci yeri Lionel Messi (PSJ/İnter Mayami), üçüncü yeri isə Bernardo Silva (“Mançester Siti”) tutub.

İlk “10-luq”da həmçinin Jude Bellinqem (Borussiya Dortmund/Real Madrid), Martin Odeqard (Arsenal), Camal Musiala (Bavariya), Toni Kroos (Real Madrid), Pedri (Barselona), Federiko Valverde (Real Madrid) və Bruno Fernandes (Mançester Yunayted) yer alıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43