02 Oktyabr 2024
Dünya futbolu

“Mançester Siti”nin futbolçusu oğurluq etdi, polisə şikayət edildi

“Mançester Siti”nin futbolçusu Mateus Nunyes telefon oğurladığı üçün həbs edilib.

İdmanxeber.az-ın məlumatına görə, hadisə gecə klublarının birində baş verib. O, tanımadığı bir kişinin telefonunu əlindən alıb. Buna səbəb həmin şəxsin oyunçunun şəklini çəkmək istəməsi olub

Zərərçəkmiş polisə müraciət edib və futbolçu hüquq mühafizə orqanları tərəfindən saxlanıb. Futbolçu daha sonra zaminə buraxılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43