Dünya futbolu

“Mançester Siti”nin futbolçusu rəsmən “Barselona”da

Transfer  pəncərəsinin bağlanmasına sayılı günlər qalmış “Barselona” növbəti transferini reallaşdırıb.

Klubun rəsmi  saytına istinadən verdiyimiz məlumata görə, Kataloniya təmsilçisi “Mançester Siti”nin ispan futbolçusu Deniz Suarezi heyətinə qatıb.

Gələcək vəd edən futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Barselona” 19 yaşlı futbolçunu hələlik əvəzedici komandaya göndərib və onun qiymətinin 12 milyon avro olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43