Dünya futbolu

“Mançester Siti”nin futbolçusu Türkiyə klubunda

“Mançester Siti”dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan Qel Klişinin yeni komandası məlum olub.

İdmanxeber.com-un məlumatına görə, fransalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək. 31 yaşlı müdafiəçi “Başakşəhər” klubuna keçib.

Təcrübəli cinah müdafiəçisi İstanbul təmsilçisinə azad agent statusu ilə transfer olub.

Qeyd edək ki, Klişi 2003/11-ci illərdə “Arsenal”da, 2011/17-ci illərdə isə “Mançester Siti”də oynayıb. Qael 2008/13-cü illərdə Fransa millisinin də üzvü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43