29 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti”nin futbolçusunu arvadı evdən qovub

“Mançester Siti”nin müdafiəçisi Kayl Uokerin həyat yoldaşı Enni Kilner 5 ay əvvəl ərini evdən qovub.

İdmanxeber.az “Daily Mail” nəşrinə istinadən bildirir ki, cütlük bir neçə dəfə mübahisə etdikdən sonra Kilner futbolçunu evə buraxmayıb. 33 yaşlı oyunçu hazırda Mançesterin mərkəzindəki mənzildə yaşayır və yoldaşı ilə razılaşaraq övladlarına baş çəkir.

Uolker və Kilner 2010-cu ildən münasibətdədir. Cütlüyün üç oğlu var: Roman (2011), Rayan (2016) və Rain (2017).

Onlar 2019-cu ilin mayında ayrılsalar da, yenidən bir araya gəliblər və 2020-ci ilin yayında nişanlanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43