30 Sentyabr 2024
Dünyadan

“Mançester Yunayted” 50 milyon avroluq transferdən bu səbəbə görə imtina etdi

“Mançester Yunayted” “Yuventus”un yarımmüdafiəçisi Arturo Vidalı transfer etməkdən imtina edib.

İdmanxeber.comDaily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın çilili futbolçudan imtinasının səbəbi yarımmüdafiəçinin transfer dəyərinin yüksək olmasıdı. Belə ki, çilili futbolçunun transfer dəyəri 32 milyon funt sterlinqdi. Ancaq ingilislər bu pulu italyanlara vermək istəmir. “Yuve” isə Vidal transferində heç bir kluba güzəşt getmək fikrində olmadığını bildirib.

Daha öncə “Mançester Yunayted”in Vidala görə 50 milyon avrosundan keçəcəyi barədə xəbərlər yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43