Dünya futbolu

“Mançester Yunayted” Ançelottiyə təklif göndərdi

“Mançester Yunayted” “Real”ın baş məşqçisi Karlo Ançelottini komandanın başına gətirmək istəyib

İdmanxeber.az-ın məlumatına görə, artıq “qırmızı şeytanlar” 64 yaşlı çalışdırıcıya təklif göndərib. Madrid klubu da Ançelotti ilə müqaviləni uzatmaq istədiyini bildirir. Onun hazırkı sözləşməsi bu mövsümün sonuna kimidir.

“Real” La Liqanın 2023/24 mövsümünün turnir cədvəlinə 14 turdan sonra 35 xalla başçılıq edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43