Dünya futbolu

“Mançester Yunayted” “at ili”nə uğursuz başladı – VİDEO

İngiltərə Premyer Liqasında bu gün 20-ci tur "Mançester Yunayted" – "Tottenhem" oyunu ilə sona çatdı. "Old Trafford"da rəqibini qarşılayan "qırmızı şeytanlar", azarkeşlərini sevindirə bilməyiblər. Hovard Uebin idarəçiliyi ilə keçən oyunda hesabı qonaqların heyətindən Adebayor açıb. Qanalı futbolçunun 34-cü dəqiqəsində vurduğu qol, komandasına ilk hissəni qalib bitirməyə kömək edib. 2-ci hissədə qonaqlar 66-cı dəqiqədə Kristian Eriksenlə hesab arasındakı fərqi artırıb. Qoldan dərhal sonra, 67-ci dəqiqədə ev sahibi Uelbeklə fərqi azaltmağa nail olub. Bundan sonra "Mançester Yunayted" nə qədər çalışsa da, qol(lar) vurmağı bacarmayıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43