Dünyadan

“Mançester Yunayted” azarkeşləri ayağa qalxdı: təyyarədən Moyesə “rədd ol!” deyəcəklər

İngiltərənin “Mançester Yunayted” klubunun son həftələrdə göstərdiyi uğursuz nəticələri bu komandanın azarkeşlərini ayağa qaldırıb.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar”ın fanatları Devid Moyesin qovulması üçün inanılmaz addım atacaqlar.

Mançester klubunun azarkeşləri 840 funt sterlinqə təyyarə icarəyə götürüblər.

Bu təyyarə vasitəsi ilə Moyesin istefaya göndərilməsini tələb edən banner açılacaq. Fanatlar bu banneri martın 29-da Premyer Liqanın növbəti turunda “Aston Villa” ilə ev oyununda “Old Trafford” stadionunun üzərində açılacaq: “Yanlış seçim. Moyes, rədd ol!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43