Dünyadan

“Mançester Yunayted” “Barselona”nın planını 40 milyon avro ilə alt-üst edir

“Barselona”nın maraq dairəsində olan “Fiorentina”nın futbolçusu Xuan Kuadrado “Mançester Yunayted”in hədəfindədi.

İdmanxeber.com “La Gazzetta dello Sport”-a iatinadən xəbər verir ki, kolumbiyalı futbolçu üçün “qırmızı şeytanlar” italyanlara 40 milyon avro təklif edib.

26 yaşlı futbolçunu bundan da baha satmaq niyyətində olan “Fiorentina”nın ingilislərin bu təklifinə hansı cavab verəcəyi maraqla gözlənilir.

Sonda onu da qeyd edək ki, “Fiorentina” Kudradoya aid olan haqqların 50% “Udineze”dən 15 milyon avro müqabilində almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43