“Mançester Yunayted” “Portu”da çıxış edən Dioqo Kostanı transfer edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “mankunianlar” yanvarda Afrika Millətlər Kubokunda iştirak edəcək Andre Onananın əvəzinə qapıçı axtarır.
Kosta bu mövsüm “Portu”nun heyətində 13 oyuna çıxıb və 3 oyunda qapısını qola bağlaya bilib.
Transfermarkt portalına görə oyunçunun dəyəri 45 milyon avro təşkil edir.