Dünya futbolu

“Mançester Yunayted” ən yaxşıları mükafatlandırdı

“Mançester Yunayted”  bu mövsüm üçün ən yaxşı futbolçularının mükafatlandırma mərasimini keçirib.

Cari mövsüm “MY”də ən yaxşı qolun müəllifi Henrix Mxitaryan, ən yaxşı oyunçular isə Antonio Valensiya (futbolçular arasındakı sorğuda) və Ander Errera (azarkeşlərin rəyinə əsasən) olublar.

Mərasimdə “qırmızı şeytanlar”ın demək olar bütün futbolçuları iştirak edib. Zlatan İbrahimoviç isə tədbirə qatılmayıb.

Qeyd edək ki, bu həftə ayağından əməliyyat olunan isveçli oyunçu ABŞ-dan birbaşa vətəninə qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43