06 Dekabr 2019
Dünya futbolu

“Mançester Yunayted” “Fənərbağça”nın futbolçusuna göz dikib

“Mançester Yunayted” “Fənərbağça”nın hücumçusu Vedat Muriqini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən İngiltərə – Kosova matçında sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən Muriqi “qırmızı şeytanlar”ın transfer planına daxil edilib. Mançester klubu qış transfer pəncərəsində kosovalı forvardı heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, yayda “Rizəspor”dan “Fənər”ə gələn Muriqi ilə “Tottenhem” də maraqlanır.

Oxşar xəbərlər

“Barselona” Suareslə yeni müqavilə imzaladı

admin

İngiltərə Superkubokunun vaxtı dəyişdirildi

admin

Prosineçki Superliqa klubu ilə danışıqlara başladı

admin