Dünyadan

“Mançester Yunayted” fanatlarına sevindirici xəbər

“Mançester Yunayted”in “Everton”dan transfer etdiyi Maruan Fellaini artıq sıraya dönüb.

İdmanxeber.com-un məlumatına görə, Belçika millisinin yarımmüdafiəçisi komandayla birgə məşq edir. “Qırmızı şeytanlar”ın baş məşqçisi Devid Moyes Fellainiyə şans verəcəyi təqdirdə, yarımmüdafiəçi sabiq klubu “Everton”a qarşı forma geyinə biləcək. 

Qeyd edək ki, Fellaini bu mövsüm Mançester klubunda 20 oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43