Dünya futbolu

“Mançester Yunayted” Fellainiyə görə nə qədər tərləyib?

İngiltərənin "Mançester Yunayed" klubu "Everton" klubunun yarımmüdafiəçisi Maruan Fellayininin transferinə görə 27,5 milyon avro ödəyib. 

Bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Belçika millisinin 25 yaşlı futboçusu Fellayninin "Mançester Yunayted"lə olan şəxsi müqaviləsinin detalları açıqlanmır.

Xatırladaq ki, "Mançester Yunayted"in yeni baş məşqçisi Devid Moyes hələ mövsümünün əvvəlindən bu oyunçunu klubun heyətində görmək istəyirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43