İdman

“Mançester Yunayted” – “Fənərbağça” matçlarının vaxtı bilindi

Avropa Liqasının “A” qrupunda mübarizə aparacaq “Mançester Yunayted” və “Fənərbaxça” komandalarının nə zaman qarşılaşacağı müəyyənləşib.
 
İdmanxeber.com-un məlumatına görə, komandalar ilk olaraq Mançesterdə üz-üzə gələcək. İngiltərədə baş tutacaq ilk oyun oktyabrın 20-də keçiriləcək.
 
Cavab oyunu isə 3 noyabr tarixində İstanbulda baş tutacaq.
 
Qeyd edək ki, ilk oyun Bakı vaxtı ilə 23:05-də, cavab qarşılaşması isə 21:00-da start götürəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43