08 Sentyabr 2024
Dünya futbolu

“Mançester Yunayted” fransalı hücumçunun müqaviləsini uzatmayacaq

”Mançester Yunayted” Antoni Marsiyalın müqaviləsini uzatmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvardın “qırmızı şeytanlar”la olan müqaviləsi bu ilin yayında bitəcək. “Mankunianlar” müqavilədəki bəndə görə 1 illik uzatma haqqına sahib olsalar da, bundan istifadə etməyəcəklər.

Marsiyal 2015-ci ildən MY-də çıxış edir. O, bu mövsüm 19 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43