Dünya futbolu

“Mançester Yunayted” “İnter”in futbolçusu üçün 60 milyon avro ödəməyə hazırdı

“İnter”in hücumameyilli yarımmüdafiəçisi İvan Peroşiç karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı xorvat futbolçu “Mançester Yunayted”in diqqət mərkəzindədir. Futbolçunun oyununu çox bəyənən Joze Mourinyo onu yaxından izləyir.

Məlumata görə, Mançester klubu artıq futbolçunun transferi üçün danışıqlara başlamağa hazırlaşır. “Qırmızı şeytanlar” Perişiç üçün “İnter”ə 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, cari mövsüm “İnter” forması ilə 31 oyun keçiriən xorvat futbolçu 9 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43