06 Oktyabr 2024
Dünya futbolu

“Mançester Yunayted” Kasemironu satmaq istəyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro bu yay klubu tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır. “Mançester Yunayted” yarımmüdafiəçinin hazırkı müqaviləsinin 2026-cı ilə qədər olmasına baxmayaraq onu buraxmağa hazırdır.

Daha əvvəl braziliyalı futbolçunun “Bavariya”ya keçməkdən imtina etdiyi bildirilirdi.

Kasemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Futbolçu 2023/24 mövsümündə bütün yarışlarda 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı yarımmüdafiəçinin dəyərini 20 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43