“Mançester Yunayted” mərakeşli futbolçu Sofyan Amrabatla bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik icarə əsasında Mançester klubunda çıxış edən oyunçunu birdəfəlik transfer etmək istəyir.
Baş məşqçi Erik ten Haq 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Müqavilə ilə “Fiorentina”ya məxsus olan oyunçuya 4+1 sözləşmə təklif edilib.
Sofyan Amrabat ötən mövsüm “Mançester Yunayted”in heyətində 30 rəsmi matçda meydana çıxıb.