Dünya futbolu

“Mançester Yunayted” Mourinyo ilə müqavilə imzalayır

“Mançester Yunayted” baş məşqçisi Joze Mourinyo ilə müqaviləni yeniləməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı mütəxəssislə yaxın müddətlərdə danışıqlara başlanacaq. Onunla mövsümün sonu yeni müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, “MY” Mourinyo ilə 2020-ci ildə başa çatacaq sözləşməni daha 1 il uzatmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43